
Atadan oğula: “Sən bu klubu tərk etməlisən”
“Liverpul”un keçmiş yarımmüdafiəçisi Fabio Karvalyo 2024-cü ilin avqustundan “Brentford”da çıxış edir.
Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçunun atası Viktor Karvalyo sosial şəbəkədə “Everton”la oyunun nəticəsi ilə bağlı paylaşımın altına şərh yazıb:
“Oğlum, sən bu klubu tərk etməlisən”.
Premyer Liqanın son turunda “Brentford” “Everton”la heç-heçə (0:0) edib. 22 yaşlı futbolçu ehtiyat oyunçular skamyasında oturaraq meydana çıxmayıb.
Bir müddət sonra Fabionun atasının şərhi silinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin