“Liverpul”un keçmiş futbolçusu Uels millisinin baş məşqçisi təyin olunub
Uels millisi ötən ay baş məşqçisiz qalmışdı. Rob Peyc Cəbəllütariqlə yoldaşlıq oyununda qolsuz heç-heçədən qısa müddət sonra qovulmuşdu.
Komanda.az xəbər verir ki, indi Uels Futbol Assosiasiyası Kreyq Bellaminin milli komandanın baş məşqçisi təyin olunduğunu elan edib.
“Liverpul”un keçmiş futbolçusunun müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. 44 yaşlı Bellami son iki mövsümdə “Bernli”də çalışıb. O, bu klubda Vensan Kompaninin məşqçilər heyətində yer almışdı.
Bellami Uels millisində 78 oyuna çıxıb, 18 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin