“Liverpul”un kapitanı rəsmən “Əl-İttifaq”da

Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ı “Liverpul”un futbolçusu Cordan Hendersonu transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıblar.

Səudiyyə Ərəbistanı klubu bu transferə görə “Liverpul”a 14 milyon avro ödəyib. 33 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Henderson 2011-ci ilin yayından “Liverpul”da oynayırdı. O, bu klubda 492 matçda 33 qol vurub, 61 qolun ötürməsini verib.

“Əl-İttifaq” bundan öncə Lion “Olimpik”indən azad agent kimi ayrılmış Mussa Dembeleni də heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button