“Liverpul”da ciddi itki – 3 həftə olmayacaq
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Atletiko” ilə matçda (0:1) zədələnən “Liverpul”un kapitanı Cordan Hendersonla bağlı açıqlama verilib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp, yarımmüdafiəçinin 3 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib:
“Henderson əzələsindən zədə alıb. Onun vəziyyəti daha pis ola bilərdi. Məsələn “Tottenhem”in futbolçusu Harri Keyn əzələsindən fərqli zədə aldı. Cordan 3 həftə meydana çıxa bilməyəcək. Onun vəziyyəti o qədər də pis deyil, buna görə şanslıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin