“Liverpul”un işə yaramayan rekordları

Futbol üzrə İngiltərə Premyer Liqasında “Mançester Siti” çempion olaraq tarixində 6-cı dəfə qızıl medallara sahib çıxdı.

Komanda.az xəbər verir ki, Pep Qvardiolanın komandasının bu yoldakı əsas rəqibi “Liverpul” isə mövsümü ikinci yerdə başa vurmalı oldu.

Yurgen Kloppun yetirmələri sonuncu dəfə 2013/14 mövsümündə Premyer Liqanın gümüş medallarını qazanmışdı. Maraqlıdı ki, həmin mövsümdə də çempionluq şansını son tura qədər saxlayan “qırmızılar” sonda məhz “Mançester Siti”nin çempionluğuna üzülmüşdü.

2018/19 mövsümü “Liverpul” üçün bir sıra rekordlarla da əlamətdar olub. Belə ki, sözügedən komanda bir mövsümdə 30 qələbə qazanıb, 97 xal toplayıb sonda çempion ola bilməyən ilk kollektiv kimi tarixə düşdü. Bu klub həm də mövsüm ərzində cəmi bir məğlubiyyət alıb çempion ola bilməyən ilk komandaya çevrilib. “Liverpul” yeganə məğlubiyyətini də məhz çempion “Mançester Siti”dən alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button