“Liverpul” “İnter”ə elə bir təklif etdi ki…

“Liverpul”un “İnter”in futbolçusu Nikolo Barellanı transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı yarımmüdafiəçi üçün klubuna 70 milyon avro təklif edib. Bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Barellanı satmaq istəməyən “İnter” bu təklifdən sonra düşünmək üçün “Liverpul”dan vaxt istəyib.

Barella İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub. O, turnirdə 6 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button