“Liverpul” iki futbolçusu ilə anlaşmağa yaxındır – Biri isə…
“Liverpul” klubu futbolçuları Vircil van Dayk və Məhəmməd Salahla anlaşmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki oyunçunun hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. 33 yaşlı müdafiəçi və 32 yaşlı hücumçu klubla müqavilələrini uzatmağa hazır olduqlarını bildiriblər.
Eyni zamanda, Trent Aleksander-Arnoldun gələcəyi qeyri-müəyyən olaraq qalır. O, gələn yay azad agent kimi “Real”a keçə bilər.
Vircil van Dayk 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edir. Salah isə 2017-ci ilin yayından “qırmızılar”ın heyətində yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin