“Liverpul”un hücumçusu sıradan çıxıb

“Liverpul”un hücumçusu Luis Dias sıradan çıxıb.

Komanda.az xəbər verir ki, Kolumbiya millisinin hücumçusu Premyer Liqanın 10-cu turunda “Arsenal”a 2:3 hesabı ilə məğlub olduqları matçın birinci hissəsində dizindən zədələnərək əvəzlənib.

Həkim müayinəsindən sonra 25 yaşlı oyunçunun dekabr ayına qədər yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.

“Liverpul” 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button