Azarkeşlər Salahı seçdi
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Peşəkar Futbolçular Birliyinin mətbuat xidməti məlumat yayıb. Salah azarkeşlər tərəfindən ötən mövsümün ən yaxşısı seçilib.
Salah “Liverpul”la ötən mövsüm Premyer Liqada 37 oyunda 22 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Liverpul” Premyer Liqanı 3-cü sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin