“Lids” “Liverpul”un hücumçusunu istəyir
“Liverpul”un hücumçusu Divok Origi karyerasını “Lids”də davam etdirə bilər.
Komanda.az xəbər verir ki, belçikalı futbolçu Premyer Liqa təmsilçisinin diqqət mərkəzinə düşüb. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.
“Lids” Origini qışda satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir. “Liverpul” 25 yaşlı hücumçusu üçün 15 milyon avro tələb edib.
“Liverpul”la 2024-cü ilin yayına qədər müqaviləsi olan Origi bu mövsüm 5 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin