“Liverpul” argentinalı hücumçunu almaq üçün hər şeyə hazırdır

“Liverpul” “Atletiko”nun hücumçusu Xulian Alvaresi qarşıdakı transfer pəncərəsi üçün əsas prioritetlərindən biri hesab edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu argentinalı futbolçunu almaq üçün hər şeyə hazırdır. Sövdələşməyə puldan əlavə, hazırkı heyətin oyunçularından birinin – məsələn, Darvin Nunyesin transferi də daxil ola bilər.

25 yaşlı forvard Madrid klubunda 51 matçda 27 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Atletiko” La Liqada 67 xalla “Real” (75) və “Barselona”dan (79 xal) geri qalaraq, üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button