“Liverpul” da onunla maraqlanır
“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans klubunu dəyişə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “Liverpul” 25 yaşlı belçikalını heyətinə qatmaq istəyir. Lakin Mersisayd klubu futbolçu üçün “Yuventus” və “Real”la mübarizə aparmalı olacaq.
Tilemansın “Lester”lə müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatır.
Belçikalı futbolçu bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin