
İngiltərə klubu Dibala üçün danışıq aparır
“Roma”nın hücumçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Il Romanista”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Liverpul” ciddi şəkildə maraqlanır.
Mersisayd təmsilçisi artıq argentinalı forvardın nümayəndəsi ilə əlaqə saxlayıb.
Dibala 2025-ci ilin martından bəri zədə səbəbindən meydana çıxmayıb. Onun “Roma” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir. O, 2022-ci ilin yayından etibarən paytaxt klubunun formasını geyinir.
Dibala son A Seriyası mövsümündə 24 matçda iştirak edib, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin