“Liverpul”un gələn yay üçün hədəfi odur

Yüksək liqalarda yay transfer pəncərəsi bağlansa da, klubların heyətini gücləndirmək işi dayanmır. Hazırda klublar gələcək transfer pəncərələri üçün planlar üzərində işləyirlər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, “Liverpul” gələn yay üçün “Kristal Pelas”ın müdafiəçisi Mark Quehini hədəf kimi müəyyənləşdirib.

“Nyukasl” bu yay 24 yaşlı futbolçunu transfer etməyə çalışıb. “Sağsağanlar” onun üçün böyük pul təklif ediblər, lakin “Kristal Pelas” ən yaxşı oyunçularından birini saxlamağı bacarıb.

“Transfermarkt” portalı ingiltərəli futbolçunu 38 milyon avro qiymətləndirir. Onun klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button