“Liverpul”un futbolçusu cavab gözləyir
“Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, “Liverpul”da qalmaq istədiyini bildirib:
“Keçən mövsümün sonunda klubla danışdım, mənimlə bağlı fikirlərini soruşdum. Həmin vaxt hansısa fikirlərinin olmadığını dedilər. O vaxtdan nəsə eşitməmişəm. Ona görə də, edə biləcəyim yeganə şey öz oyunuma köklənmək və əlimdən gələni etməkdir. Sadəcə, “performans”ıma diqqət etmək, oyunumla “Liverpul”a kömək etmək və uzun müddət ola biləcək ən yaxşı futbolçu olmaq istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin