Mane “Real” və “Barselona”dan təklif gözləyəcək
“Liverpul”un futbolçusu Sadio Mane mövsümün sonunda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, seneqallı vinger karyerasını İspaniyada davam etdirmək niyyətindədir. Bu barədə “Goal” nəşri məlumat yayıb.
Mane “Real” və ya “Barselona”dan təklif gəlsə, qəbul edəcək və klubu tərk edəcək.
29 yaşlı futbolçu “Liverpul” karyerasını sonlandırmağın vaxtı çatdığını düşünür. Bu səbəbdən, o, mövsümün sonunda gələcək təklifləri dəyərləndirəcək.
Mane 2016-cı ilin yayından “Liverpul”da çıxış edir. Onun müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin