“Liverpul”un futbolçusu Rusiyada?
Cari mövsümün sonunda “Liverpul”dan ayrılacağı gözlənilən Deyan Lovren karyerasını Rusiyada davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi “Zenit”in transfer hədəfindədir. Məlumata görə, Mersisayd klubu da “Zenit”in bu istəyindən xəbərdardır. Rusiya klubu müqaviləsinin bitməsinə bir il qalan Lovreni transfer məbləği ödəmədən heyətinə qata biləcəyinə inanır. Lakin “Liverpul” Lovrenin satışından pul qazanmaq niyyətindədir.
2014-cü ildən “Liverpul”da çıxış edən xorvatiyalı futbolçu, cari mövsümdə bütün turnirlər daxil olmaqla 15 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin