Aleksander-Arnold “Real”a keçsə, nə qədər qazanacaq?

Trent Aleksander-Arnold gələn il “Liverpul”dan ayrılaraq “Real”a keçə bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki “kral klubu” ingiltərəli futbolçuya 2029-2030-cu illərə qədər, dörd və ya beş illik müqavilə təklif etməyi planlaşdırır. Madrid klubu onu azad agent kimi əldə etmək istəyir. Aleksander-Arnold “Real”da mövsümə təxminən 14-15 milyon funt sterlinq qazana biləcək.

26 yaşlı müdafiəçi “Liverpul”un məzunudur. O, “qırmızılar”ın əsas heyətində 321 oyun keçirib, 19 qol vurub və 83 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button