“Liverpul” mənim nə istədiyimi bilir” – Salah
“Liverpul”un futbolçusu Məhəmməd Salah açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, misirli hücumçu, müqaviləsini yeniləmək üçün “Liverpul”la danışıqlar apardığını söyləyib:
“Liverpul”da qalmaq istəyirəm, ancaq bu, tək məndən asılı şey deyil. Hər şey klubdan asılıdır. “Liverpul” mənim nə istədiyimi bilir və çox şey istəmirəm.
Təbii ki, dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm. Bu haqda düşünmürəm desəm, yalan olar. Hazırda ancaq bu haqda fikirləşirəm.
“Qızıl top”u qazanmasam da xoşbəxtəm. Həyatımda hər şey qaydasındadır. Bəzən bir mükafatı qazanmaq mənə sadəcə siyasət kimi gəlir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin