Salah Tokio-2020-də iştirak etməyəcək

“Liverpul”un futbolçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, Misirin olimpiada komandasının baş məşqçisi Şavki Qarieb 29 yaşlı futbolçuya dəvət göndərməyib. Bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qarieb Tokio-2020 üçün heyətə 22 futbolçu çağırıb.

Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Misir millisi qrup mərhələsində İspaniya, Avstraliya və Argentina ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button