“Komanda hazırda yaxşı formada deyil, lakin…” – Salah

“Liverpul”un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasında “Leyptsiq”i məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, misirli hücumçu, vacib qələbə qazandıqlarını deyib:

“Bu nəticə bizim üçün vacib idi. Premyer Liqada bir neçə məğlubiyyət aldıq. Komanda hazırda yaxşı formada deyil, lakin Çempionlar Liqasında yolumuza davam etmək istəyirik.

Daha çox qol vurmaq istəyirdim. Qol vurmağımdan və komandamın mərhələ adlamasından məmnunam. Ən vacib olan komandanın qələbə qazanmasıdır. Bir neçə zədəli futbolçumuz var, ancaq biz mübarizəmizi davam etdiririk”.

“Liverpul” 1/8 final mərhələsi çərçivəsində hər iki oyunda “Leyptsiq”i 2:0 hesabıyla məğlub edərək, 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button