“Yeni müqavilə məsələsi məndən asılı deyil” – Salah
“Liverpul”un futbolçusu Məhəmməd Salah klubdakı gələcəyiylə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, misirli hücumçu, karyerasını Mersisayd təmsilçisində bitirmək istədiyini söyləyib:
“Yeni müqavilə məsələsi məndən asılı deyil. Məndən soruşursuzsa, karyeramı burda bitirmək istərdim. Hər şey klubun əlindədir. Özümü “Liverpul”a qarşı oynayan biri kimi görmürəm. Hazırda bu haqda danışmaq istəmirəm. Nəsə demək çətindir”.
Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin