“Arsenal”la “Tottenhem” onun üçün hazır dayanıb
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Adam Lallana Premyer Liqanın iki təmsilçisinin hədəfindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçu, “Tottenhem” və “Arsenal”ın hədəfindədir. “Liverpul”un yeni müqavilə təklif etmədiyi futbolçu, yayda istədiyi kluba azad agent kimi qoşula bilər. Hər iki klubun futbolçuyla danışıqlara hazır olduğu bildirilir.
2014-cü ildən Mersisayd klubunun şərəfini qoruyan İngiltərə millisinin sabiq üzvü, cari mövsümdə iştirak etdiyi 19 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin