“Liverpul”un futbolçusu keçmiş klubuna qayıda bilər
Cari mövsümün sonunda “Liverpul”dan ayrılacağı rəsmiləşən Adam Lallana daha bir klubun transfer hədəfindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Sauthempton”un maraq dairəsindədir. Klub azad agent olacaq keçmiş futbolçusunu yenidən heyətinə qatmaq niyyətindədir.
“Sauthempton”un yetirməsi olan Lallana 2014-cü ildə “Liverpul”a da bu klubdan transfer olunmuşdu.
Lallananın “Lester” və “Bernli”nin də transfer hədəfində olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin