“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb
İngiltərənin “Liverpul” klubunun futbolçusu Dioqo Jota iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp açıqlama verib.
O, 34-cü turda “Fulhem”ə 3:1 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənən oyunçunun məşqdə zədə aldığını söyləyib.
Portuqaliyalı hücumçu 2020-ci ildən “Liverpul”un formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin