
“Liverpul” futbolçusunu icarəyə göndərib
“Liverpul” müdafiəçisi Kalvin Remsini icarəyə verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu karyerasını İngiltərənin 1-ci liqasında mübarizə aparan “Bolton”da davam etdirəcək. O, cari mövsümün sonunadək “Bolton”un formasını geyinəcək.
Remsi mövsümün ilk yarısını icarə əsasında “Preston”da keçirib.
Futbolçu 2022-ci ildən “Liverpul”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin