“Liverpul”un futbolçusu “Fulhem”də
İngiltərənin “Liverpul” klubu futbolçusu Lazar Markoviçi icarəyə verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın heyətində kifayət qədər şans qazanmayan serbiyalı vinger, mövsümün sonuna qədər icarə əsasında “Fulhem”də çıxış edəcək.
“Fulhem” 24 yaşlı futbolçunun 4 il ərzində icarəyə verildiyi beşinci klub olub. O, bundan əvvəl “Fənərbaxça”, “Sportinq”, “Hall Siti” və “Anderlext” kimi klublarda icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin