“Çempionluq üçün ciddi mübarizə gedir” – “Liverpul”un futbolçusu
“Liverpul”un futbolçusu Endryu Robertson Premyer Liqada çempionluq yarışı haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, şotlandiyalı cinah müdafiəçisi lider “Mançester Siti” üzərində təzyiq yaratmaq istədiklərini deyib:
“Səhv etmək şansımız yoxdur. “Mançester Siti” liderdir, onlar üzərində təzyiq yaratmalıyıq. Son oyunda da qələbə qazanaraq, bunu bacardıq.
Daha əvvəlki illərdə də “Mançester Siti” ilə çempionluq yarışında olmuşuq. “Çelsi” baş məşqçi postuna Tomas Tuxelin gəlişindən sonra çox yaxşı performans sərgiləyir. Çempionluq üçün ciddi mübarizə gedir”.
“Liverpul” Premyer Liqada 37 xalla 2-ci sıradadır. Mersisayd təmsilçisi “Mançester Siti”dən 1 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin