“Məqsədim karyeramı “Liverpul”da bitirməkdir”
“Liverpul”un futbolçusu Endryu Robertson açıqlama verib.
Komanda.az xəbər verir ki, “Goal” nəşrinə danışan şotland müdafiəçi, karyerasını Mersisayd təmsilçisində bitirmək istədiyini deyib:
“Mənə tez-tez bu sualı verirlər. Məqsədim karyeramı “Liverpul”da bitirməkdir. Lakin uzun müddət yüksək səviyyədə oynamağın çətin olduğunu da bilirəm.
Klubla uzunmüddətli müqaviləm var və burda qalmaq istərdim. Zamanla qərarımı verəcəm. Gələcəkdə çox şey dəyişə bilər, lakin mən indi harda oynayıramsa, orda da karyeramı bitirmək istəyirəm”.
Endryu Robertsonun “Liverpul”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin