“Borussiya” “Liverpul”un hücumçusuna “elçi düşdü”
“Liverpul”un futbolçusu Divok Origi karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu ilə Dortmund “Borussiya”sı yaxından maraqlanır. Bu barədə “İnsider Football” portalı məlumat yayıb. Xəbərdə, “Borussiya”nın Origi üçün 14 milyon avro ödəməyə hazır olduğu bildirilir.
“Liverpul”da əsas heyətdə şans qazana bilməyən Origi, yayda komandadan ayrılmağa müsbət yanaşır. Hücumçu bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin