Niderlandlı futbolçu “Liverpul”dan vaxt istədi

“Liverpul”un futbolçusu Corcinyo Veynaldum klubdakı gələcəyiylə bağlı qərarını verməyib.

Komanda.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi qərar vermək üçün “Liverpul” rəhbərliyindən vaxt istəyib. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Veynaldumun “Liverpul”la müqaviləsi mövsümün sonuna qədərdir. Bir müddət əvvəl 30 yaşlı yarımmüdafiəçinin adı “Barselona” ilə yanaşı hallanırdı.

Veynaldum “Liverpul”la Premyer Liqada bu mövsüm 15 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button