“Barselona”nın istədiyi Veynaldum qərarını verdi
“Liverpul”un futbolçusu Corcinyo Veynaldum klubdakı gələcəyiylə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Niderlandlı futbolçu komandanın baş məşqçisi Yurgen Kloppla görüşüb və “Liverpul”da qalmağa qərar verib. Mersisayd təmsilçisinin yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcəyi gözlənilir.
Veynaldumla “Barselona” klubu yaxından maraqlanırdı. Niderland millisinin də üzvü olan futbolçunun “Liverpul”dakı müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin