
“Liverpul”dan “Barselona”ya – 3 illik müqavilə
“Liverpul”un futbolçusu Corcinyo Veynaldum karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Barselona”yla razılaşıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Veynaldum yeni klubuyla 3 illik müqavilə imzalayacaq.
“Liverpul” Veynaldumun “Barselona”ya transferindən ümumilikdə 20 milyon avroya yaxın pul qazanacaq.
2016-cı ildən “Liverpul”da çıxış edən Veynaldumun müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin