“Liverpul”dan ayrılacağını açıqladı – İtaliyada oynamaq istəyir
“Liverpul”un futbolçusu Cerdan Şakiri açıqlama verib.
Komanda.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi, Mersisayd təmsilçisindən ayrılacağını və karyerasını İtaliyada davam etdirmək istədiyini deyib:
“Yeni bir çağırışa hazır olduğumu “Liverpul” rəhbərliyinə bildirmişəm. Onlar da qərarımı müsbət qarşıladılar. İndi təklifləri nəzərdən keçirirlər. İtaliyaya qayıtmaq və “Latsio”da oynamaq istərdim”.
Şakirinin “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. Yarımmüdafiəçi ilə İtaliyanın “Napoli” və “Latsio” klubları yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin