
“Liverpul”un futbolçusu avtomobil qəzasında öldü
“Liverpul”un və Portuqaliya yığmasının futbolçusu Dioqo Jota 28 yaşında vəfat edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hücumçu avtomobil qəzasında həyatını itirib.
Hadisə İspaniyanın Samora əyalətində baş verib. Futbolçunun yanında olan qardaşı da qəzada ölüb.
Jota Portuqaliya millisi ilə iki dəfə Millətlər Liqasının qalibi olub. O, həmçinin, “Liverpul”la İngiltərə çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin