Kolumbiyaya getməyəcək – Atası qaçırılan futbolçu

“Liverpul”un vingeri Luis Dias şəxsi təhlükəsizlik səbəbindən qaçırılan atasının axtarışlarına qoşulmaq üçün Kolumbiyaya getməmək qərarına gəlib.

Komanda.az “Semana”-ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Kolumbiyaya qayıtmaq niyyətində olub. Amma qohumları Kolumbiyaya gəldikdən sonra Diasın özünün valideynlərinin oğurlanmasında iştirak edən hücumçuların hədəfinə çevrilə biləcəyini əsas gətirərək, onu bundan çəkindiriblər.

Futbolçunun atasını azad etmək üçün plan hazırlayan yerli hakimiyyət orqanlarına tam etibar etdiyi vurğulanır.

Daha əvvəl Kolumbiya ordusunun Diasın atasının axtarışında iki motorlu tağım, pilotsuz uçuş aparatları, vertolyotlar və ixtisaslaşdırılmış radarları olan təyyarələrdən istifadə etdiyi bildirilib. Əməliyyatda ümumilikdə 120-dən çox şəxsi heyət iştirak edir.

Keçən şənbə günü futbolçunun valideynləri Kolumbiyanın şimalındakı Barrankasda yanacaqdoldurma məntəqəsindən qaçırılıb. Onlara motosikletli silahlı şəxslər hücum edib və cütlüyün maşınına minərək, Diasın valideynlərini naməlum istiqamətə aparıblar. Futbolçunun anası xilas edilib, lakin atasının axtarışları davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button