“Liverpul”un futbolçusu artıq Almaniyadadır

“​Liverpul”un vingeri Luis Dias artıq Almaniyadadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu hazırda Münhen hava limanındadır və bu gün “Bayern”ə transferin tamamlanması üçün tibbi müayinədən keçəcək. Müayinədən sonra Dias Münhen klubu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.

Daha əvvəl yayılan məlumatlara əsasən, “Liverpul” bu transferdən təxminən 75 milyon avro gəlir əldə edəcək.

Kolumbiyalı futbolçu “Liverpul”da keçirdiyi 3 il yarım ərzində 148 oyunda meydana çıxaraq, 41 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button