
“Qarabağ”ın rəqibinin futbolçusu “Leyptsiq”a keçə bilər
UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliott Bundesliqaya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Leyptsiq” ingiltərəli futbolçunun transferində maraqlıdır. Almaniya klubu “Tottenhem”ə keçən niderlandlı futbolçu Xavi Simonsu əvəzləmək üçün Elliottu almaq niyyətindədir.
22 yaşlı futbolçu 2024/25 mövsümündə 28 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



