“Liverpul”un futbolçusu A Seriyasında?
İngiltərənin “Liverpul” klubunun futbolçusu Deyan Lovren karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Latsio” 30 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. İtaliya klubu “Liverpul”un yeni müqavilə təklif etməyəcəyi deyilən futbolçunu cari mövsümün sonunda heyətinə qatmağı hədəfləyir.
“Latsio”nu narahat edən yeganə məqam isə futbolçunun məvacibidir. A Seriyası təmsilçisi hazırda illik 5 milyon avro qazanan futbolçuya məvacibində güzəştə getməsi üçün uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.
“Liverpul”un xorvat futbolçu üçün 20 milyon avro tələb etdiyi bildirilir.
2014-cü ildən “Liverpul”un şərəfini qoruyan Lovren, “Milan”, “Arsenal” və “Tottenhem” kimi klubların da maraq dairəsindədir. Onun “Liverpul”la müqaviləsi 2021-ci ilin iyununda başa çatır.
Bizi Facebook-da izləyin