“Liverpul”un futbolçusu 6 həftəlik sıradan çıxdı

“Liverpul”un UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turu çərçivəsində “Mitdyulland”la oyunda sıradan çıxan hücumçusu Jotanın aqibətinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, portuqal futbolçu azı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bunu Premyer Liqa nəhənginin baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında bildirib. Alman mütəxəssis 24 yaşlı futbolçunun dizindəki zədəyə görə əməliyyat olunmayacağını, amma 6-8 həftə oynamayacağını söyləyib.

Mövsümün əvvəlində “Vulverhempton”dan 44,7 milyon avroya transfer olunan Jota, bu mövsüm “Liverpul”da 17 oyuna çıxıb, 9 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button