
“Liverpul”un futbolçusu 50-yə çatdı
İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Nyukasl”ı qəbul edən “Liverpul”un futbolçusu Aleks-Oksleyd Çemberleyn üçün bu oyun əlamətdar olub.
Komanda.az Mersisayd klubunun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “qırmızılar”ın heyətinə 50-ci oyununu keçirib. Çemberleyn indiyədək keçirdiyi 49 matçda 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
2017-ci ildə “Arsenal”dan transfer olunan ingiltərəli futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin