“Liverpul”un futbolçusu 350-yə çatdı

İngiltərə Premyer Liqasının 34-cü turunda “Liverpul”un “Brayton”a 3:1 hesabı ilə qalib gəldiyi oyun futbolçusu Cordan Henderson üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, Henderson Premyer Liqada 350-ci oyununu keçirib. Bu oyunlarda o, 31 qolla yadda qalıb.

Henderson “Liverpul”dan başqa, “Sanderlend” və “Koventri Siti” klublarında da çıxış edib. 30 yaşlı futbolçu 2011-ci ildən “Liverpul”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button