“Liverpul”un ehtiyat qapıçısı kimi İngiltərə çempionluğunu qazanmaqdansa…”

Yay transfer pəncərəsi dövründə “Liverpul”dan “Brügge”yə transfer olunan Simon Minyole açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, “qırmızılar”dan ayrılmasının səbəbləri haqqında danışıb:

“Liverpul”da öz yerim uğrunda mübarizə apara bilsəydim, qalardım. Amma meydana yalnız Alisson Bekkerin zədələnəcəyi halda girmək şansını gözləyirdim. İstənilən halda, o, start heyətindəki yerini qoruyacaqdı. Elə isə mənim orda qalmağımın nə mənası var idi?

Bu vəziyyəti başa düşdüyümə, qəbul etdiyimə görə peşman deyiləm. Həmin vaxt düşünmürdüm ki, “Liverpul” Premyer Liqada çempionluq yarışındadır. Əlbəttə, “Liverpul”da qalaraq, yüksək məvacib ala, Premyer Liqa və Çempionlar Liqasında mübarizə apara bilərdim. Amma meydana daxil olmaq şansı olmayanda, hər şey fərqli qiymətləndirilir. “Liverpul”un ehtiyat qapıçısı kimi İngiltərə çempionluğunu qazanmaqdansa, “Brügge”nin əsas qapıçısı olmağı üstün tuturam və bundan məmnunam”.

“Brügge” ilə 2024-cü ilədək müqaviləsi olan Minyole, cari mövsümdə iştirak etdiyi 20 oyunun 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button