“Liverpul”un dərdi nədir? – Keçmiş futbolçudan açıqlama
“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra “Liverpul”un bu mövsümdəki problemlərinin səbəblərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu “Liverpul”un uğursuzluğunun əsas səbəbi kimi Sadio Manenin gedişini göstərib:
“İnsanlar bunu etiraf etmək istəmir, lakin Sadio Manenin gedişi “Liverpul”a zərər verdi. Əminəm ki, komanda növbəti mövsümdə düzələcək. Amma indi yox.
Mane Yurgen Kloppun komandasının vacib hissəsi idi, insanlar həqiqətlə üzləşmək istəmirəm. Sadio komandanın özəyi idi, o, inanılmaz dərəcədə vacib idi”.
Mane 2022-ci ilin yayında “Liverpul”dan “Bayern”ə keçib. O, bu mövsüm Bundesliqada 14 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Liverpul” 18 oyunda 28 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir.
Bizi Facebook-da izləyin