“Bu yarışda “Liverpul”a mərc edirəm” – Keçmiş futbolçu

“Liverpul”un sabiq hücumçusu Daniel Starric Premyer Liqa çempionluğu uğrunda mübarizədə keçmiş klubunun perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, Mersisayd klubunun hazırda yaxşı oyun göstərdiyini söyləyib:

“Komandanın bu yolu tərk edəcəyini hələ təsəvvür edə bilmirəm. Bu yarışda “Liverpul”a mərc edirəm. Komanda indi inanılmaz futbol nümayiş etdirir”.

“Qırmızılar” Premyer Liqanın səkkizinci turunda doğma meydanda “Çelsi” ilə qarşılaşıb. Arne Slotun komandası 2:1 hesabı ilə qalib gəlib. “Liverpul”un 21 xalı var və Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button