“Çempionlar Liqasına vəsiqə qazanmağımız çox çətindir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, “Liverpul”un Çempionlar Liqasına yeni mövsüm üçün vəsiqə şansları haqda danışıb:

“Artıq liqa yolu ilə Çempionlar Liqasına getmək imkanımız hardasa mümkünsüzdür. “Tottenhem”də Qaret Beyl artıq formasını bərpa edir. “Mançester Siti” və “Mançester Yunayted” də bizdən çox uzaqdadır. “Çelsi” də artıq yüksəlişdədir. Çempionlar Liqasına vəsiqə qazanmağımız çox çətindir, bunu bilirik. Bu qədər ciddi zədələr olanda, Çempionlar Liqasını da qazana bilməzsiz.

Dünyadakı bütün klublarda belə vəziyyət olanda məsuliyyət baş məşqçinin üzərinə düşür. Bu, normaldır və həqiqətdir. Lakin “Liverpul”da vəziyyət fərqlidir. Burda klub rəhbərliyi, direktorlar və futbolçular heç kimə şübhə ilə yanaşmır. Situasiyanı bilirik və sona qədər mübarizə aparacağıq”.

“Liverpul” Premyer Liqada 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button