
Slot “Liverpul”un növbəti oyununda iştirak edə bilməyəcək
“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə çempionatının 15-ci turunun “Everton”la təxirə salınmış oyununda qırmızı vərəqə alıb. Mersisayd derbisi 2:2 hesab ilə başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın sonunda kütləvi dava düşüb və nəticədə niderlandlı çalışdırıcı qırmızı vərəqə alıb.
Slotun köməkçisi Con Heytinqa İngiltərə Premyer Liqasının növbəti matçında, “Vulverhempton”la qarşılaşmada komandaya rəhbərlik edəcək. Oyun fevralın 16-da “Enfild”də keçiriləcək.
“Liverpul” Premyer Liqanın 24 turundan sonra 57 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



