
“Liverpul”un baş məşqçisi: “Biz bunu Nunyeslə müzakirə etdik”
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Darvin Nunyeslə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Nunyesin dünənki məşqdə özünü çox yaxşı göstərdiyini deyib:
“O, dünənki məşqdə effektivliyi baxımından inanılmaz idi. Ümid edirəm ki, Nunyes bunu davam etdirə bilər. Bir oyunçu hər şeyi verməsə, bunu qəbul edə bilmərəm. Bu, aydındır. Bunu bir dəfə qəbul edə bilərəm, amma iki dəfə çox olur. Ona görə də, biz bunu Nunyeslə müzakirə etdik”.
25 yaşlı uruqvaylı futbolçu bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. “Liverpul” fevralın 26-da “Nyukasl”ı qəbul edəcək. Oyun saat 00:15-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin