“Bu, bir çay içərək həll ediləcək bir şey deyil” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salah haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, misirli futbolçunu “Liverpul”da saxlamaq istədiklərini deyib:
“Salahın müqaviləsini uzatmaq üçün çalışırıq. Bu, bir çay içərək həll ediləcək bir şey deyil. İşlərimiz davam edir”.
Salahın adı “Barselona” ilə hallanır. 29 yaşlı oyunçunun “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin