Çempionlar Liqasının püşkü Kloppu güldürüb
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Komanda.az xəbər verir ki, alman mütəxəssis, “Atletiko” (İspaniya), “Milan” (İtaliya) və “Portu” ilə bir qrupa düşmələrinə belə münasibət bildirib:
“Açığı, qrupumuz bilinəndə yüksək səslə güldüm. Nə qədər çətin qrupa düşdüyümüzü görəndə gülməyə başladım.
Çempionlar Liqası belə bir yerdir. Avropanın ən yaxşıları ilə oynamaq məcburiyyətində qalırsız və bunların bəziləri də bizimlə bir qrupdadır. Hirsliyik, kuboku qazanmaq üçün mübarizə aparacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin